Sizin link burada

Doğranmış halda meyiti aşkar edilən kişi dəfn edildi - Kimsəsizlər qəbiristanlığında

Bakıda doğranmış halda meyiti aşkar edilmiş şəxs dəfn olunub.
 
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki su kanalında aşkar edilən hissələrə parçalanmış kişi meyitinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Meyit Hovsan qəsəbəsi ərazisindəki kimsəsizlər qəbiristanlığında dəfn edilib.
 
Qeyd edək ki, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki su kanalında hissələrə parçalanmış naməlum kişi meyiti aşkar edilib. Meyitin başı, əlləri və ayaqları bir neçə gün sonra tapılıb.
 
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>