Sizin link burada

29 yaşlı gəncin intiharının təfərrüatı - “Telefon düzəltdirməyə getdi...” - YENİLƏNİB

 

Astara rayonunda 29 yaşlı gəncin intiharının bəzi təfərrüatı məlum olub.

 
Lent.az aznews.az-a istinadən bildirir ki, Şümrud kənd sakinlərinin verdiyi məlumata görə, Vasif Musayev özünü yaşadığı evin həyətində asıb:
 
“Vasif ailəlidir, 3 uşaq atasıdır. Həmin günü Lənkərana gedib. Telefonu xarab idi, gedib ustaya ki, onu düzətdirsin. Oradan qayıdandan sonra isə özünü asıb. Özü də yaşadığı evdən 60 metr aralıda olan bir ağacdan. Həmin vaxt uşaqları evdə olmayıb. Vasifin səhhətində heç bir problem yox idi. Özü də çox kasıb adam idi”.
 
Qeyd edək ki, Astara rayonunda intihar hadisəsi baş verib. Rayonun Şümrüd kəndi sakini, 1988-ci il təvəllüdlü Musayev Vasif Cavad oğlu özünü yaşadığı evin həyətində asıb.

 

09:56

 

Astara rayonunda intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, rayonun Şümrüd kənd sakini, 1988-ci il təvəllüdlü Musayev Vasif Cavad oğlu özünü yaşadığı evin həyətində asaraq intihar edib.

 

Oxşar hadisə Ağdamın Çəmənli kəndində də baş verib. 2001-ci il təvəllüdlü Rzayev Qığılcım Habil oğlu yaşadığı evin həyətindəki tövlədə eyni üsulla həyatına son qoyub.

 

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>