Sizin link burada

ABŞ Gürcüstana 75 milyonluq silah satır

ABŞ Gürcüstana 75 milyon dollarlıq hərbi texnika satmaq niyyətindədir.

 

APA-nın xəbərinə görə, bu barədə Pentaqonun nəzdindəki hərbi əməkdaşlıq Agentliyinin saytında bildirilir.

 

Məlumata əsasən, ABŞ Dövlət Departamenti Gürcüstana "Javelin” daşınabilən tank əleyhinə raket komplekslərinin satışına razılıq verib.

 

Tədarük üzrə yekun qərar ABŞ Konqresi tərəfindən veriləcək. Müvafiq sənəd noyabrın 17-də Konqresə göndərilib.

 

Müqavilə Gürcüstana 410 ədəd raket kompleksinin tədarükü, həmçinin çatdırılma, təlim və digər xidmətlərin göstərilməsini nəzərdə tutur. Rəsmi Vaşinqton sazişin regionda hərbi balansı dəyişməyəcəyini vurğulayıb.

 

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>