Sizin link burada

ATƏT-in baş katibi Qarabağdan danışdı

“Biz Dağlıq Qarabağ münaqişəsini diqqətlə izləyirik”.

 

APA-nın xəbərinə görə, bunu “RBK”-ya müsahibəsində ATƏT-in baş katibi Tomas Qreminger bəyan edib.

 

Baş katib bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin başçılığı ilə missiya təmas xəttində monitorinq aparır.

 

“Yaxın keçmişdə vəziyyətin gərginləşməsindən narahat idik. Mənim baş katib kimi rolum Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səy göstərən Minsk Qrupunun həmsədrlərinin işinə dəstək verməkdir”, deyə T.Qreminqer vurğulayıb.

 

Qeyd edək ki,  56 yaşlı isveçrəli  Tomas Qreminqer 2017-ci il, iyulun 18-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yeni baş katibi seçilib.

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>