Sizin link burada

ABŞ-da təyyarə yaşayış evinin üstünə düşdü

ABŞ-ın San-Xose şəhərində (Kaliforniya ştatı) yüngülmotorlu “Cessna 172”  təyyarəsi yaşayış evinin üstünə düşüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, təyyarədə 3 nəfər olub.

 

Onlardan ikisi ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib, daha biri yüngül yaralanıb. Hadisə zamanı yaşayış evində olan 13 nəfərə zərər dəyməyib. İnsidentin səbəbi müəyyənləşdirilir.

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>