Sizin link burada

Kosmetika fabrikində partlayış - 75 yaralı

ABŞ-ın Nyu-Vindzor şəhərində (Nyu-York ştatı) kosmetik vasitələr istehsal edən fabrikdə bir neçə partlayış baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlardan sonra müəssisədə yanğın başlayıb.

 

İlkin məlumata əsasən, hadisə nəticəsində 75 nəfər xəsarət alıb. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. Partlayışın səbəbləri barədə hələ ki, məlumat verilmir. 

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>