Sizin link burada

Türkiyənin Rusiyadakı səfirindən Qarabağ açıqlaması

"Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Soçidə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını ancaq təkbətək görüşdə müzakirə ediblər".

 

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Türkiyənin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Diriöz bildirib.

 

O, noyabrın 13-də Soçidə Ərdoğanla Putin arasında yalnız təkbətək görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarının müzakirə olunduğunu söyləyib: "Bildiyiniz kimi Türkiyə və Rusiya dövlət başçıları Soçidə təkbətək və geniş tərkibdə görüşlər keçiriblər. Geniş tərkibdə görüşdə Qarabağ problemi müzakirə olunmayıb".

 

Türkiyəli diplomat prezident Ərdoğanın təkbətək görüşdə Dağlıq Qarabağ probleminin həllinin regionun inkişafı üçün vacibliyini Putinin nəzərinə çatdırıb: "Türkiyənin bu məsələdə mövqeyi bəllidir. Biz, bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıyıq. Münaqişənin həllinin bütünlükdə regionun inkişafına müsbət təsir edəcəyinə əminik".

 

H.Diriöz noyabrın 22-də Türkiyə prezidenti R.T.Ərdoğanın yenidən Rusiya səfər edəcəyini qeyd edib: "Bu dəfə Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin iştirakı ilə üçtərəfli görüş keçiriləcək".

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>