Sizin link burada

Həbsdə olan müstəntiqin oğlu oldu

Həbsdə olan sabiq müstəntiq Rüfət Səfərovun oğlu dünyaya gəlib.
 
Lent.az Trend-ə istinadən bildirir ki, bu barədə R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib.
 
Dünyaya gələn körpəyə R.Səfərovun babasının adı - Sabir verilib.
 
Qeyd edək ki, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov "Prokurorluq haqqında" qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozmaqda, prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verməkdə ittiham olunaraq prokurorluq orqanlarından xaric edilib.
 
Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdı. Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bir müddət sonra isə məhkəmənin qərarı ilə R.Səfərovun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi və o, azadlığa buraxılmışdı.
 
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apelyasiya Məhkəməsi bu hökmü qüvvəsində saxlayıb.
 
R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>