Sizin link burada

Əfqan Muxtarlının məhkəməsinin vaxtı bəlli oldu

Həbsdə olan jurnalist Əfqan Muxtarlının məhkəməsinin vaxtı məlum olub.

Lent.az-ın məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov xəbər verib.

Vəkil bildirib ki, Balakən rayon Məhkəməsində sədr Hümbət Səlimovun sədrliyi ilə keçiriləcək proses noyabrın 30-da baş tutacaq.

Qeyd edək ki, rəsmi məlumata görə, Ə.Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə.Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərində şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.

Ona Cinayət Məcəlləsinin CM-nin 318-ci (Dövlət sərhədinin qanunsuz olaraq keçmə) və 206-cı (qaçaqmalçılıq), 315-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsində Ə.Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

 

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>