Sizin link burada

"Qətnamələr yerinə yetirilməyənə qədər qüvvədədir" - Məmmədyarov

"BMT Təhlükəsizlik Şurasının qətnamələrinin son tarixi yoxdur. Qətnamə yerinə yetirilməyənə qədər qüvvədə qalır".
 
APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
 
Nazir bildirib ki, BMT qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb edilir.
 
"Mən bu qətnamələrin yerinə yetiriləcəyinə şübhə etmirəm. Biz bu istiqamətdə irəliləyirik", - deyə nazir vurğulayıb.

 

 

13:26

 

 

"Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın rolu müzakirə olundu. Danışıqların son nəticələri barədə məlumat verdim".

 

APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 

Nazir bildirib ki, Moskvada intensiv və konkret mövzular ətrafında müzakirələr aparılıb.

 

"Lavrova bildirdim ki, məsələnin həllini irəli çəkməyə imkan verən bir sıra yanaşma var. Həmsədrlər də dəfələrlə qeyd ediblər ki, münaqişə zonasında mövcud vəziyyəti heç kəs qəbul etmir. Status-kvo qəbuledilməzdir və qeyri-sabitdir", - deyə E. Məmmədyarov qeyd edib.

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>