Sizin link burada

Gənc yaşlarında milyonlarla dollar qazanan məşhurlar - SİYAHI

 

"Forbes" jurnalı ilin ən çox qazanan gənc məşhurlarının adını açıqlayıb. Lent.az-ın Sozcu.com.tr-yə istinadən verdiyi məlumata görə, siyahıya reper "The Weekend" başçılıq edir. 27 yaşlı reper il ərzində 92 milyon dollar qazanıb.

İkinci yerdə Castin Biberdir. 23 yaşlı ifaçı il ərzində 105 konsert verib. O, 83,5 milyon dollar gəlir əldə edib.

29 yaşlı Adele isə həm konsertlərindən, həm də "25" adlı albomundan il ərzində 69 milyon dollar qazanıb.

4-cü yerdə 29 yaşlı basketbolçu Kevin Durant yer alıb. Onun il ərzində qazandığı məbləğ 60,9 milyon dollar təşkil edib.

Futbolçu Andryu Luk bir ilə 50 milyon dollar əldə edib. İdmançının 28 yaşı var. 

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>