Sizin link burada

Xəzərdə itkin düşmüş 2 balıqçı xilas edilib

Noyabrın 17-də DSX Sahil Mü­hafizəsinin “Pirallahı” sahil nəzarəti məntəqəsinin əməkdaşları tərəfindən xidməti əraziyə baxış keçirilərkən “PR-1960” bort nömrəli balıqçı qayığının yanalma körpüsündə olmaması aşkar edilib. Lent.az-ın Dövlər Sərxəd Xidmətinin saytına istinadən məlumatına görə, hava şəraitinin kəskin dəyişəcəyi nəzərə alınaraq, həmin qayıqda dənizə çıxmış balıqçıların xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər görülmüş, balıqçı qayığının gecə saatlarında Çilov adasının qərb reydində köhnə dirəyə çırpılması müəyyən olunub.

 

Axtarış-xilasetmə tədbirləri nəticəsində icazəsiz olaraq dənizə çıxmış balıqçılar - Pirallahı rayon sakinləri Qurbanov Arif Umud oğlu və Məlikov Ramiz Tofikoviç suda olan dirəyin üzərində aşkar olunub və  noyabrın 18-i saat 13:20 radələrində xilas edilərək sahilə təxliyə olunublar.

 

DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən dənizdə yarıbatmış vəziyyətdə olan “PR-1960” bort nömrəli balıqçı qayığı da aşkarlanaraq sahilə çıxarılıb.

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>