Sizin link burada

Tanınmış aktrisa həmkarından 200 min manat tələb edir

 

Xalq artisti Məleykə Əsədova xalq artisti Ramiz Məliki məhkəməyə verib.

 

APA-nın məlumatına görə, M. Əsədova bununla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Xalq artisti həmkarından şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.

 

Qeyd edək ki, Ramiz Məlik mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlədib.

LENT

27 May 2018
26 May 2018

Digər xəbərlər >>>