Sizin link burada

Bulvarda meyiti tapılan gənc oğlanın adı AÇIQLANDI - YENİLƏNİB

 

Noyabrın 20-də gecə saatlarında Bakı bulvarının Əl Oyunları Sarayı yaxınlığındakı hissəsində huşsuz vəziyyətdə tapılan və Kliniki Tibbi Mərkəzdə vəfat edən gənc oğlanın şəxsiyyəti müəyyənləşib. Lent.az xəbər verir ki, mərkəzin toksikologiya şöbəsində vəfat edən  şəxsin 1992-ci ildə Rusiyada anadan olan və İçərişəhər, Kiçik-Qala küçəsində yaşayan Perepelkin Vitaliy Vyaçeslavoviç olduğu məlum olub.

 

25 yaşlı Viyaliyin spirtli içkinin təsiri nəticəsində vəfat etdiyi dəqiqləşib.

 

Araşdırmalar davam etdirilir.

 

*****

 

20 noyabr

 

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az xəbər verir ki, noyabrın 20-nə keçən gecə saat 03:45 radələrində Dənizkənarı Milli Parkın kənarında (Bakı İdman sarayının) qarşısında 22-25 yaşlı oğlan huşsuz vəziyyətdə aşkarlanıb. Yaxınlıqdan keçən şəxslər təcili tibbi yardım çağırıblar və ilkin müayinə zamanı həmin şəxsin həddindən artıq spirtli içki qəbul etdiyi və zəhərləndiyi məlum olub. Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə aparılan gənc orada ölüb.

 

Hazırda ölən şəxsin kimliyi araşdırılır.

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>