Sizin link burada

“Mercedes” “KamAZ”la toqquşdu: bir ailənin 2 üzvü oldü - YENİLƏNİB

Sabirabadda “Mercedes”lə “KamAZ” toqquşması nəticəsində xəsarət alan şəxslərdən daha biri ölüb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisədə xəsarət alan sürücü, 1967-ci il təvəllüdlü Əsədov Şamil Cavad oğlu Sabirabad Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsində keçinib. 

 

Qeyd edək ki, hadisə nəticəsində ölən və xəsarət alanlar bir ailənin üzvləridir.

 

 

Hadisə nəticəsində Beyləqan rayon sakini, 1995-ci il təvəllüdlü Cavadzadə Fidan Şamil qızı ölüb, onun bacısı, 1992-ci il təvəllüdlü Sahilə Cavadzadə, 1967-ci il təvəllüdlü Əsədov Şamil Cavad oğlu və 1967-ci il təvəllüdlü Xanzanova Həqiqət Paşa qızı ağır xəsarətlər almışdı.

 

 

***

 

20 noyabr

 

 

09:08

 

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonu Qaratəpə kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Qatı dumanlı havada “Mercedes” markalı, 10 MJ 199 dövlət nömrə nişanlı avtomobil “KamAZ” markalı, 10 HA 559 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

 

Qəza nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

 

Xəsarət alanlar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>