Sizin link burada

Yeni Kaledoniyada sunami təhlükəsi ləğv olundu - YENİLƏNİB-1

Yeni Kaledoniya hökuməti güclü zəlzələdən sonra sunami təhlükəsini ləğv edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlardan sonra dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

 

Qeyd edək ki, sutka ərzində Yeni Kaledoniya sahillərində üç güclü zəlzələ qeydə alınıb. Sunami təhlükəsi noyabrın 20-ə keçən gecə, 7,2 ballıq zəlzələdən sonra elan edilmişdi.

 

***

 

Yeni Kaledoniyada hökumət sunami təhlükəsi ilə əlaqədar təxliyə elan edilib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Sakit okean Sunamidən xəbərdarlıq mərkəzindən (PTWC) bildirilib ki, Yeni Kaledoniya sahillərində dalğaların hündürlüyü 1 metrə çata bilər.

 

Qeyd edək ki, sutka ərzində Yeni Kaledoniya sahillərində üç güclü zəlzələ qeydə alınıb.

 

***

 

Fransaya məxsus olan və Sakit okeanda yerləşən Yeni Kaledoniya adası sahillərində 7,2 bal gücündə zəlzələ baş verib.

 

APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Yeraltı təkanların episentri Tadin şəhərindən 97 km şərqdə, ocağı 5 km dərinlikdə yerləşib.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

 

Qeyd edək ki, ötən gün Yeni Kaledoniya sahillərində 6,7 və 6,6 maqnitudalı iki zəlzələ qeydə alınıb.

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>