Sizin link burada

Çilidə prezident seçkilərində qalib müəyyənləşmədi

Çiiidə keçirilən prezident seçkilərinin birinci turunda qalib müəyyən edilməyib.

 

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, səslərin 90 faizinin hesablanmasından sonra sabiq dövlət başçısı Sebastyan Pinyera 36,6%, onun əsas rəqibi, senator Alehandro Qilyer isə 22,6% səs toplayıb.

 

Ölkə qanunvericiliyinə əsasən prezidentliyə namizəd qələbə üçün birinci turda 50% üstəgəl bir səs toplamalıdır. Seçkilərin ikinci turu dekabrın 17-də keçiriləcək.

 

Qeyd edək ki, 67 yaşlı Sebastyan Pinyera 2010-2014-cü illərdə Çilinin prezidenti olub.

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>