Sizin link burada

Bakıda binadan avtomobilin üzərinə paltaryuyan maşın atdılar

Bakıda binadan avtomobilin üzərinə paltaryuyan maşın atıblar.

 

Lent.az-ın “Trend”ə istinadən xəbərinə görə , hadisə paytaxrın Nəsimi rayonu ərazisində, "Moskva" Univermağının yaxınlığındakı binanın qarşısında baş verib. Həmin binanın 8 -ci mərtəbəsinin eyvanından atılan paltaryuyan maşın həyətdə dayanan "Lexus" markalı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobil yararsız vəziyyətə düşüb.

 

Hadisə yerinə Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları gəlib.

 

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>