Sizin link burada

Milli üzvü və komandası zirvədə

Voleybol üzrə Rusiya Super Liqasında VI tur davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Kazanın “Dinamo” klubu doğma meydanda Krosnador “Dinamo”su ilə qarşılaşıb.

 

Adaşların qarşılaşması Tatarıstan təmsilçisinin 3:0 (25:17, 25:19, 25:17) hesablı asan qələbəsi ilə yekunlaşıb.

 

Matçın iştirakçısı olan Məmmədova 6 xal toplayaraq komandasının qələbəsində pay sahiblərindən biri olub. 

 

Qeyd edək ki, 6 oyundan sonra 15 xal toplamış “Dinamo” turnir cədvəlinin zirvəsində qərarlaşıb.

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>