Sizin link burada

Azərbaycanda şirkət avtomobili ağır qəzaya düşdü: ölən var

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə,  qəza  Ələt-Astara magistralının Salyan rayonunun Yenikənd kəndi ərazisində keçən hissəsində qeydə alınıb.   

 

“Evrascon” ASC-yə məxsus minik avtomobilinin  beton dirəyə çırpılması nəticəsində bir nəfər hadisə yerində ölüb,  Biləsuvar sakini, 1993-cü il təvəllüdlü Həsənov İmaməli Xeyrulla oğlu isə xəsarət alaraq Salyan rayon xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>