Sizin link burada

Oğuzda meşələri qıranlar yaxalandı

Oğuzda meşələri qıranlara və qanunsuz ağackəsmə ilə məşğul olanlara qarşı rayon Polis şöbəsi (RPŞ) tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki Regional Qrupundan Lent.az-a daxil olan məlumatda bildirilir ki, “Ətraf mühitin mühafizəsi”, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalarla bağlı 2017-ci ilin on ayı ərzində Oğuz RPŞ tərəfindən 51 inzibati protokol tərtib olunub.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 252-ci maddəsi ilə yəni, meşəqırma fondundan istifadənin oduncağın tədarük edilib daşınması qaydasının pozulmasına görə, 6 fakt, meşəqırma bileti olmadan meşə fondunun kök üstə yaş ağacların və kolların kəsilməsi, məhv edilməsi və zədələnməsinə görə 6 fakt, meşə fonduna aid olmayan ağac və ya kol əkililərinin zədələnməsinə, kəsilməsinə və ya məhv edilməsinə görə 5 fakt və nəhayət Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə, yəni torpaqların, meşə fondu torpaqlarının münbit qatının korlanmasına görə 34 fakt qeydə alınıb və barələrində müvafiq tədbirlər görülüb.

Eləcə də Oğuz rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə iki cinayət faktı qeydə alınaraq araşdırma aparılıb və baxılması üçün məhkəməyə göndərilib.

Oğuz rayon Polis şöbəsi tərəfindən qeyd olunan inzibati xətaların aşkarlanması üzrə tədbirlər davam etdirilir.

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>