Sizin link burada

Horadizdə 2 mərmi tapıldı

Füzuli rayonu, Horadiz şəhərində  2 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

 

Lent.az-ın Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadən verdiyi xəbərə görə, agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 otlaq sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 85 mm-lik top mərmisi (OF-416) və 1 ədəd 81 mm-lik minaatan mərmisi(M43A1)) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Aşkar olunmuş mərmilərin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib. 

LENT

22 May 2018
21 May 2018

Digər xəbərlər >>>