Sizin link burada

19 nəfər diri-diri yandı

Pekinin cənubunda yanğın nəticəsində 19 nəfər ölüb, 8 nəfər xəsarət alıb.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə ötən gün saat 18.00 radələrində Dasin rayonu Sintszyan qəsəbəsində baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər 3 saat sonra yanğını söndürə biliblər.  

 

Hadisə yerinə Pekinin meri baş çəkib. Hadisənin səbəblərini araşdırmaq üçün xüsusi işçi qrupu  yaradılıb.

 

Məlumata görə, yanğın qanunsuz sənaye istehsalat müəssisəsində baş verib, hadisədə günahı olduğu ehtimal edilən şəxslər saxlanılıb. 

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>