Sizin link burada

Prezidentin helikopteri təcili eniş etdi

Argentina prezidenti Maurisio Makrini daşıyan helikopter təcili eniş edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, buna əlverişsiz hava şəraiti səbəb olub.

 

Məlumata əsasən, prezident Makri ailəsi ilə birgə Çapadmalal kurort şəhərinə yollanarkən güclü külək pilotları helikopteri düzənlikdə eniş etməyə məcbur edib. Hadisə nəticəsində zərərçəkən olmayıb. Bir müddət sonra prezident avtomobillə yoluna davam edib. 

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>