Sizin link burada

ABŞ Polşaya 10,5 milyardlıq raket sistemləri göndərir

Amerika Birləşmiş Ştatları Polşaya 10,5 milyard dollar dəyərində  “Patriot” raket əleyhinə müdafiə sistemləri göndərəcək.

 

APA-nın xəbərinə görə, bu barədə Pentaqonun Hərbi Əməkdaşlıq İdarəsi məlumat yayıb.

 

Raket əleyhinə müdafiə sistemlərinin Polşada yerləşdirilməsi ilə bağlı saziş bu ilin iyulunda, ABŞ prezidenti Donald Trampın Varşavaya səfəri zamanı imzalanıb.

 

Raket əleyhinə müdafiə sistemləri üç il ərzində, 2019-cu ildən 2022-ci ilədək Polşada yerləşdiriləcək.

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>