Sizin link burada

Bakıda “Shacman” "VAZ”ın üstünə aşdı - yaralılar var

Bakının Binəqədi rayonunda yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın xəbərinə görə, avtoqəza nəticəsində üç nəfər xəsarət alıb.

 

Binəqədi-Biləcəri yolunda qeydə alınmış hadisə zamanı 1993-cü il təvəllüdlü Həsənov Tural Alim oğlu idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə hərəkətdə olarkən "VAZ 2107" markalı minik maşını qəfildən yük avtomobilinin qarşısına çıxıb və geriyə manevr etmək istəyib.

 

Bu vaxt sürücü T.Həsənov idarəetməni itirib və yük maşını aşıb. Onun yük bortu isə "Jiquli"nin üstünə düşüb.

 

Hadisə nəticəsində xəsarət alan 3 nəfər də "VAZ 2107" markalı avtomobilin sürücüsü və sərnişinləri olub. Onlar avtomobildə sıxılıb qaldıqları üçün əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri gəlib və sıxılmış vəziyyətdə qalan sürücü və sərnişinləri minik avtomobilindən çıxarıb. Yaralılar xəstəxanaya müraciət edib.

 

Yol qəzası ilə bağlı Binəqədi polisi araşdırmalara başlayıb.

 

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>