Sizin link burada

Bu gecə Bakının bu ərazisində elektrik enerjisi olmayacaq

Bu gecə Xətai rayonunun Əhmədli yaşayış massivində bir neçə saat elektrik enerjisi olmayacaq.

 

Lent.az ”Azərenerji”yə istinadən xəbər verir ki, quruma məxsus 110/35/10  kV-luq Əhmədli yarımstansiyasında aparılan təmir işləri ilə əlaqədar olaraq, noyabrın 18-də, saat 01.30-dan 04.30-a qədər Xətai rayonu Əhmədli yaşayış massivinin bir hissəsində (General Şıxlı, Nəsrəddin Tusi, Sarayev, Neapol, Məhəmməd Hadi, Sadıqcan, Telnov küçələri) elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

 

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>