Sizin link burada

Region gəncləri arasında çövkən yarışları təşkil olunub

 

 
“Ərənlər at belinə! region gəncləri arasında çövkən-at yarışlarının təşkili” layihəsi çərçivəsində Samux rayonunda at yarışı keçirilib.
 
 
Lent.az-ın məlumatına görə, layihəni  “Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirir. Yarışın münsiflər heyəti Samux rayon İcra Hakimiyyətinin nümayəndəsi Rövşən Qurbanov, Samux rayon Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Süleyman Əliyev, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Samux rayon şöbəsinin nümayəndəsi Rüstəm Xudiyevdən ibarət olub. 
 
 
İştirakçıların sağlamlıqlarını təmin etmək üçün yarışlar zamanı təcili tibbi yardım maşınları növbədə olub. 3 nominasiya üzrə qaliblər hədiyyələrlə mükafatlandırılıb. Mükafatlandırılan gənclər Samuxun ucqar kəndlərindən yarışa qatılanlar olub. Bütün iştirakçılara diplomlar verilib.  
 
 
Yarışlardan sonra gənclər arasında “Ərənlər at belinə!” klubu yaradılıb.
 

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>