Sizin link burada

(R) "Gilan Holding" 200-dən çox İR mütəxəssisi üçün master-klass keçirib

 

 

"Gilan Holding" LEORON Peşəkar İnkişaf İnstitutu ilə birgə insan resurslarının idarə edilməsi sahəsində çalışan mütəxəssislər üçün "Müştəriyə İstiqamətlənmiş İnsan Resursları" adlı master-klass keçirib. 

 

Noyabrın 17-də Pullman Oteldə keçirilən master-klassda müxtəlif şirkətləri təmsil edən 200-dən çox yaradıcı və innovativ İR peşəkarı bu sahənin gələcəyini formalaşdıracaq yeni yanaşmaları müzakirə edib. 

 

Bu mühüm tədbirdə beynəlxalq səviyyəli ekspertlər və yerli şirkətlərin insan resurslarını idarə edənlər iştirakçılarla öz bilikləri və fikirləri ilə bölüşüb, onların suallarına cavab veriblər.

 

Tədbir zamanı İR sahəsində Azərbaycan üçün aktual olan məsələlər, qlobal meyllər və gələcək perspektivlər müzakirə olunub. Həmçinin iştirakçılar qruplara bölünərək, müxtəlif təlimlərə qatılıblar. Bu tədbir iştirakçılara əlavə biliklərin əldə edilməsi ilə yanaşı yeni işgüzər əlaqələrin qurulmasında da kömək edib.

 

"Gilan Holding"-in insan resursları departamentinin direktoru Allahverdi Bağırov bu tədbirin keçirilməsini şərh edərək deyib: "Bu gün bu tədbirə Azərbaycanın 120-dən çox şirkətinin 200-dən çox əməkdaşı gəlib. Düşünürəm ki, çox səmərəli tədbir oldu. Bu günün ən uğurlu tərəfi o idi ki, biz xarici təcrübə ilə yerli təcrübənin mübadiləsinə nail olduq. Bu çox önəmli məqamdır. "Gilan Holding" hər zaman belə ölkə əhəmiyyətli tədbirlərin dəstəkçisi olub və bundan sonra da olacaq. Düşünürəm ki, bu cür tədbirlər ölkədə insan resursları sahəsində yeni bir mərhələyə keçid olacaq və şirkətlərimizdə insana dəyəri, insan mərkəzli biznesi inkişaf etdirəcəkdir".

 

LEORON Peşəkar İnkişaf İnstitutu Avropa, Yaxın Şərq və Afrika ölkələrində sertifikatlaşmış təlimləri, məsləhətçi xidmətlərini və inkişaf proqramlarını təklif edən aparıcı beynəlxalq şirkətdir. LEORON-un ekspertləri bir çox ölkədə il ərzində 500-ə yaxın kurs aparırlar. Bu təlimlər 10 minə yaxın mütəxəssisi əhatə edir.

 

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>