Sizin link burada

Azərbaycanlı tələbə partlayış zamanı öldü - Türkiyədə

Türkiyəndə kirayədə qalan azərbaycanlı ailənin yaşadığı evdə partlayış olub.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Samuxun Qarabağlar kənd sakini, 1968-ci il təvəllüdlü Allahverdiyev Etibar İsrail oğlu və onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Aynur Əşrəf qızı Allahverdiyeva bir ay əvvəl işləmək məqsədilə övladları 1998-ci il təvəllüdlü Murad Allahverdiyevin təhsil aldığı İzmir şəhərinə gediblər.
 
Onların kirayə qaldığı evdə qaz sobasında partlayış baş verib və yanğın olub. M. Allahverdiyev yanıq xəsarətləri alan valideynlərini evdən çıxarıb alovdan uzaqlaşdırsa da, özü ağır xəsarət alıb. Universitetin 2-ci kursunda oxuyan gənc həyatını itirib.
 
E. Allahverdiyev və həyat yoldaşı Samux rayonuna gətirilib. Hazırda onların müalicəsi aparılır. Dünyasını dəyişən 19 yaşlı M. Allahverdiyevin meyiti isə yaxın günlərdə Azərbaycana gətiriləcək. 

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>