Sizin link burada

(R) “Alfa Romeo”nun “Stelvio” modelinin təqdimatı keçirilib

Avtolüks Azərbaycan” məşhur avtomobil markası “Alfa Romeo”nun “Stelvio” modelinin təqdimatını keçirib.

 

APA-Economics” xəbər verir ki, “Alfa Romeo”nun ilk krosoveri olan bu model ötən il Los-Anceles şəhərində keçirilən avtomobil sərgisində təqdim olunub.

 

“Alfa Romeo” brendinin ilk SUV modeli olan “Stelvio” adını İtaliyanda yerləşən şərqi Alp dağlarının  arasında yerləşən aşırımdan götürüb. 2 700 metr yüksəklikdə yerləşən sərt döngəli yol italyan idman avtomobil həvəskarları arasında çox sevilir.

 

“Alfa Romeo” “Giulia” ilə eyni platformada yığılmış “Stelvio”nun yalnız xarici görünüşü deyil, mühərrik, sürət qutusu, salonun interyeri də “Giulia”ya bənzəyir.

 

Modelin uzunluğu 4 680 mm uzunluq, eni (yan güzgüləri nəzərə alınmaqla) 2 160 mm, hündürlüyü 1 671 mm, təkər bazası isə 2 820 mm təşkil edir.

 

“Giulia” modeli kimi “Stelvio” da “Alfa Romeo”ya xas olan 3 tərkib hissədən ibarətdir: nisbət, sadəlik və yüksək performans.

 

“Alfa Romeo Stelvio” 2,0 l həcmli mühərrik, 280 a.g. və 8 pilləli avtomatik transmissiya ilə təchiz olunub. Bundan başqa, 5 nəfərlik və 680 l həcmli baqaj ilə sevimli ailə avtomobilinə çevrilən “Stelvio”nun qiyməti 95 500 manatadır.

 

Avtolüks Azərbaycan” şirkəti “Alfa Romeo Stelvio”nu həm nağd, həm də sərfəli 5 illik kreditlə almaq olar. “Stelvio”nu ilkin ödəniş 20%, illik faiz dərəcəsi isə 17%-lə əldə etmək mümkündür.

 

Modelin təqdimatında çıxış edən “Avtolüks Azərbaycan” şirkətinin direktoru İbrahim Əhmədovun sözlərinə görə, təqdimatını keçirdikləri “Stelvio” bu modelin tam təchizatlı olanıdır və qiymət buna görə müəyyən olunub.

 

“Müştərilərimizin arzularına görə, bundan aşağı transmissiya ilə təchiz olunmuş modeli daha ucuz qiymətə gətirmək mümkündür. Bundan başqa, artıq bu modelin bütün ehtiyat hissələrini də gətirmişik və şirkətimizin servisi də fəaliyyət göstərir. “Alfa Romeo Stelvio”nu seçən alıcılarımız nə ehtiyat hissə, nə də servis baxımından əziyyət çəkməyəcəklər”, - deyə İ.Əhmədov qeyd edib.

 

Avtomobilin texniki parametrləri barədə məlumat verən “Avtolüks Azərbaycan” şirkətinin brend meneceri Azər Cəlilov isə bildirib ki, “Stelvio” digər SUV sinfi olan modellər ilə rəqabət apara biləcək gücdədir. “Stelvio” 0-dan 100 km/s sürəti 5,7 saniyəyə yığır, yanacaq sərfiyyatı isə qənaətbəxşdir.

 

Qeyd edək ki, “Alfa Romeo” brendinin Azərbaycanda rəsmi dileri “Avtolüks Azərbaycan” şirkətidir. Şirkətin satış mərkəzi Bakıda Ü. Hacıbəyli, 57 C ünvanında yerləşir.

 

Xatırladaq ki, “Alfa Romeo”  markasından başqa  “Avtolüks Azərbaycan” “Ferrari”, “Ferrari Store”, “Lamborgini”, “Collezione Automobilli Lamborgini”, “Aston Martini”, “Jeep”, “Dodge”, “Chrysler”, “Fiat”, “Fiat Professional” və “Abarth”  brendlərinin Azərbaycanda yeganə disribüteridir.

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>