Sizin link burada

İlham Əliyev Özbəkistanın baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB

 

 
Prezident İlham Əliyev Özbəkistan baş nazirinin müavini Alişer Sultanovu qəbul edib.
 
 
Lent.az-ın AzərTAC-a istinadən xəbərinə görə, A. Sultanov bildirib ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycan prezidenti ilə keçirdikləri görüşləri daim böyük məmnunluqla xatırlayır və İlham Əliyevin xalqın böyük oğlu olduğunu deyir: "Prezident Şavkat Mirziyoyev ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı imkanlardan tam istifadə edilməsini zəruri sayır və Azərbaycana səfərini səbirsizliklə gözləyir. Hazırda bu səfərin səmərəli və məhsuldar keçməsi üçün fəal hazırlıq işlər aparılır".
 
 
Bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu barədə danışan A. Sultanov layihənin regionda mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
 
 
Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını bildirərək, Özbəkistan prezidenti ilə keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Dövlət başçısı ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin ortaq tarix, mədəni və dil amillərinə əsaslandığını vurğulayıb. Prezident İlham Əliyev siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyərək, dövlət başçıları arasında qarşılıqlı etimadın və beynəlxalq strukturlarda qarşılıqlı dəstəyin olmasının əhəmiyyətini qeyd edib. Dövlət başçısı, eyni zamanda, ticarət dövriyyəsi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini bildirib.
 
 

***

 

11:03

 

Prezident İlham Əliyev noyabrın 17-də Özbəkistan Respublikasının Baş nazirinin müavini Alişer Sultanovu qəbul edib. Lent.az-ın məlumatına görə, bu barədə xəbəri AzərTAC yayıb.

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>