Sizin link burada

Hüseyn Bağırov Almaniyada iqlim dəyişmələri üzrə konfransda iştirak edir

Almaniyanın Bonn şəhərində  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransı dünyanın 196 ölkəsindən 20 minə yaxın nümayəndənin iştirakı ilə öz işinə başlayıb.
 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, prezident İlham Əliyevin tapırığına əsasən, konfransda Azərbaycanı ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun başçılq etdiyi nümayəndə heyəti təmsil edir.
 
Konfransın açılış mərasimində  BMT-nin Baş katibi Antonio Quterreş, Ficinin Baş naziri Frank Bainimarama  və digər yüksək səviyyəli nümayəndələr iştirak edib.
 
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının  23-cü Tərəflər Konfransı 17 noyabr 2017-ci il tarixinədək davam edəcək.

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>