Sizin link burada

İsrail vətəndaşına pul "atan"a 8 İL HƏBS

Bakıda İsrail vətəndaşına qarşı dələduzluqda təqsirləndirilən Natiq Abbasovun cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən N.Abbasov 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, İsrail vətəndaşı Ramil Rauf oğlu Bəşirzadə Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət edərək, dələduzluqla üzləşdiyini bildirib. Dövlətlərarası ticarətlə məşğul olduğunu qeyd edən R.Bəşirzadə Azərbaycandan İsrailə satmaq üçün fındıq aparmaq istəyib. Bu məqsədlə 2015-ci ildə Bakı şəhər sakini Natiq Abbas oğlu Abbasovla ticarət əlaqəsinə girib. Tərəflər arasında əldə olunmuş razılığa əsasən, R.Bəşirzadə N.Abbasova İsraildən bank vasitəsi ilə 65 min ABŞ dolları göndərib, N.Abbasov isə pulun qarşılığında fındıq göndərəcəyinə söz verib. R.Bəşirzadə pulun qalan hissəsini fındıq İsrailə çatdıqdan sonra göndərəcəyini deyib. N.Abbasov isə razılaşmanı pozaraq, pulu alsa da, fındığı İsrailə göndərməyib. 

 

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>