Sizin link burada

19 dərəcə isti, külək - HAVA PROQNOZU

Noyabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq, şimal-qərb küləyi gündüz arabir güclənəcək. 

 

Havanın temperaturu gecə 9-11°, gündüz 15-18°, Bakıda gecə 9-11°, gündüz 15-17° isti olacaq. 

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin axşam bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 7-12°, gündüz 15-19°, dağlarda gecə 1-6°, gündüz 8-13° isti olacağı gözlənilir.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>