Sizin link burada

Evsiz qadını zorlayıb öldürən dostlar MƏHKƏMƏDƏ

 

Bakıda qadını öldürməkdə təqsirləndirilən Dimitriy Razumniy və Samir Zenyukovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Prosesdə dövlət ittihamçısı işlə tanış olmadığı üçün vaxt istəyib. Məhkəmə  noyabrın 22-də davam edəcək.

 

Qeyd edək ki, qətl bu il aprelin 30-da  Səbail rayon Neftçilər prospektində yerləşən mənzildə baş verib.

 

Həmin mənzildə Rusiya vətəndaşı Samir Zenyukov tanışı Dmitriy Razumnıy ilə birgə yaşayıb.

 

Onlar qadın tanışları Yelena Sandrandinovanı yaşadıqları mənzilə gətiriblər.

 

Yeyib-içmək məclisindən sonra Samir Zenyukov Yelena ilə cinsi münasibətdə olmaq istəyib. Bu zaman qadın buna etiraz edib və evin dəhlizinə çıxıb.  Samir Zenyukov da Yelenanın arxasınca dəhlizə çıxaraq, onun baş və bədən hissələrinə yumruq, təpik zərbələri vurub.

Dmitriy Razumnıy da dostu Samirə kömək edərək qadını döyərək soyundurub divana uzadıblar.

 

Bu zaman  qadın özündən gedib. Samir Zenyukov Yelena ilə qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra yatıb. Gecə saat 4 radələrində Samir yenidən yuxudan oyanaraq Yelena ilə cinsi əlaqədə olmaq istəyib. Bu zaman o, qadının öldüyünü bilib.

 

Samir dostu ilə birlikdə qadının paltarlarını əyninə geyindirərək onun cansız bədənini evdən çölə çıxararaq, həyətin küncünə qoyub.

 

Daha sonra sakinlər Yelena  Sandrandinovanın meyitini aşkarlayıb.

 

Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Samir Zenyukov və Dmitriy Razumnıy həbs edilib.

 

 

Onlara Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 120.2.1-ci (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4-cü(xüsusi amansızlıqla adam öldürmə),  120.2.6-cı (zorlama ilə adam öldürmə), 120.2.9-cu (köməksiz vəziyyət adam öldürmə), 29.149.2.1-ci ( bir qrup şəxslə zorlamaya cəhd), 29.149.2.4-cü (xüsusi amansızlıqla zorlamaya cəhd), 150.1-ci (sexsual xarakterli hərəkət törətmək), 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli hərəkət) maddələri ilə ittiham verilib.

 

Onu da qeyd edək ki, həm təqsirləndirilən şəxslər, həm də ölən şəxs "bomj" həyatı yaşayıb.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>