Sizin link burada

İraq və Suriyadakı Azərbaycan vətəndaşları ölkəyə qaytarılacaq

"İraq və Suriyadakı Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması üçün Dövlət Proqramı hazırlanır".

 

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib.

 

S. Salahlı bildirib ki, bu, qlobal və böyük məsələdir, həllini hər hansı dövlət qurumu ayrılıqda üzərinə götürə bilməz: "Artıq bu istiqamətdə ilk addım atılıb, bir uşaq İraqdan Azərbaycana qaytarılıb. Amma bu proseslərin dövlətlərarası müstəvidə ciddi araşdırılması, məsələlərin izahına ehtiyac var və bu problemləri həll etmək lazımdır.

 

Məsələn, dünya şöhrətli alim Lütfi Zadənin rəsmi vəsiyyəti olmasına baxmayaraq, Azərbaycana gətirilməsi neçə gün çəkdi? Yəni kiminsə başqa ölkədən Azərbaycana gətirilməsi çox ciddi və çətin məsələdir. Hər bir fərdə bağlı ciddi araşdırma aparılmalı və müvafiq razılaşmalar əldə edildikdən sonra addım atılmalıdır. Bu istiqamətdə Azərbaycan Dövlət Proqramı hazırlayıb və bu istiqamətdə də işlər aparılır. Vətəndaşlarımız İraqa, Suriyaya hansı yolla aparılıblar, necə aldadılıblar, bütün bunlar da öyrəniləcək. Hələlik biz vətəndaşlarımızın ölkəmizə gətirilməsi üçün dövlət olaraq çox ciddi səy göstəririk ".

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>