Sizin link burada

Elsevər Ağayevdən apteklərə XƏBƏRDARLIQ

“Psixatrop dərman preparatları dövriyyəsinə nəzarət olunur. Dövriyyəsi məhdudlaşdırılan dərman preparatlarının siyahısıMilli Məclis tərəfindən təsdiq olunub. Mütəmadi olaraq bu siyahıya düzəlişlər olunur. Bu yaxınlarda Səhiyyə Nazirliyi tərəfindən 50 milliqramlıq “travmadol” dərman preparatının siyahıya daxil edilməsi ilə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənova müraciət olunub”.

 

APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

 

Nazir müavini qeyd edib ki, apteklər bu dərmanların satışını həyata keçirərkən diqqətli olmalıdırlar: “Bu preparatların reseptsiz satışı ilə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsində müəyyən müddəalar var. 2015-2017-ci illərdə sahibkarlığa kömək məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən də yoxlamalar aparılmırdı. Artıq Səhiyyə Nazirliyinə dərman preparatlarının dövriyyəsinə nəzarət olunması səlahiyyəti verilib”.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>