Sizin link burada

Azərbaycanda ŞOK HADİSƏ: şagird məktəbin xadiməsini vurub öldürdü

 

Abşeron rayonunda şagirdin təpik vurması nəticəsində ağır xəsarət alan məktəb xadiməsi vəfat edib. Lent.az xəbər verir ki, təxminən 40 gün əvvəl Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbin yaxınlığında şagirdlərin davası zamanı onları ayırmağa çalışan məktəbin xadiməsi, 45 yaşlı Sevda Nəzərova xəstəxanada vəfat edib.

 

Məktəbin direktoru Lent.az-a açıqlamasında deyib ki, hadisə dərsdən sonra baş verib: “Bizim məktəbin şagirdi ilə başqa bir yeniyetmə futbol oynayarkən dalaşıblar. Daha sonra onlar küçədə mübahisəni davam etdiriblər. Məktəbimizin iki xadiməsi onları görüb və ayırmağa çalışıb. Bu zaman 9-cu sinifdə oxuyan şagirdin təpiyi Sevda xanımın dalağını zədələyib. Həkimlər dedilər ki, onun dalağında əvvəldən problem olub. Yəni, bu hadisənin məktəbə aidiyyatı olmayıb, uşaq da qəsdən belə bir şey etməyib”.

 

Qeyd edək ki, faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

 

Hadisə ilə bağlı ilk xəbəri Report yayıb.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>