Sizin link burada

Tərtərdə və Ağstafada ev yandı

Tərtər rayonu, Bayandur kəndində ümumi sahəsi 24 m² olan birmərtəbəli birotaqlı evdə yanğın olub. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə zamanı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Daha bir yanğın hadisəsi Agstafa rayonu, Qarahəsənli kəndində baş verib. Hadisə zamanı ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>