Sizin link burada

Bakı-Qazax yolunda ağır qəza: 24 yaşlı oğlan öldü

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az xəbər verir ki, magistralın 416-cı kilometrliyində, Şəmkir rayonunun Düyərli kəndi ərazisində Rusiya Federasiyası vətəndaşı Məmmədov Rasim Ramiz oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçmək istəyən 1993-cü il təvəllüdlü Quliyev Ramazan Ələddin oğlunu vurub. Ağır bədən xəsarətləri alan piyada xəstəxanada ölüb.

 

 

Faktla bağlı araşdırma aparılır.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>