Sizin link burada

BAKIDA DƏHŞƏT: içdiyi arağın butulkası ilə özünü öldürdü - TƏFƏRRÜAT

Bakıda dəhşətli intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, Maştağa qəsəbə sakini, 1964-cü il təvəllüdlü Ağayev Sabir Ağaqulu oğlu şüşə ilə boğazını kəsərək intihar edib.

 

Bildirilir ki, Sabir Ağayev uzun müddət bronxial-astma xəstəliyindən əziyyət çəkib. 3 uşaq atası olan Sabir bu səbəbdən əmək qabiliyyətini də itiribmiş. Dünən gecə saatlarında otağında spirtli içki qəbul edən 53 yaşlı kişi daha sonra həmin içkinin butulkasını sındıraraq boğazına soxub. O, çoxlu qan itirdiyi üçün hadisə yerində ölüb.

 

Hadisə vaxtı ailə üzvləri evdə olsa da, onlar bu barədə S.Ağayevin ölümündən sonra xəbər tutublar.

 

Faktla bağlı araşdırma aparılır.

LENT

24 Noyabr 2017
23 Noyabr 2017

Digər xəbərlər >>>