Sizin link burada

Naxçıvanda ağır qəza: 18 yaşlı qız öldü - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Naxçıvanda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, noyabrın 13-də saat 19 radələrində Babək rayonunun Nehrəm kəndi ərazisində Culfa rayon sakini Oqtay Məmmədov idarə etdiyi “Niva” markalı avtomobili yolun kənarında olan traktor qoşqusuna vurub. Nəticədə O.Məmmədovun sərnişini, kənd sakini Zəhra Fətəliyeva xəstəxanaya yerləşdirilib və noyabrın 14-də orada ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

*****

 

10:20

 

Naxçıvanda ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, Babək rayonu ərazisində, Nehrəm kəndinə gedən yolda minik avtomobili traktorun qoşqusuna çırpılıb. Nəticədə avtomobildə olan 18 yaşlı qız aldığı xəsarətlərdən vəfat edib.

 

Araşdırma aparılır.

LENT

24 Noyabr 2017
23 Noyabr 2017

Digər xəbərlər >>>