Sizin link burada

Bakıda maşınla qadını öldürüb qaçdılar - YENİLƏNİB

 

2 gün əvvəl Bakı şəhər Nərimanov rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası törətmiş sürücü tutulub. Lent.az xəbər verir ki, Ziya Bünyadov prospektində 56 yaşlı Məlahət Hüseynovanı vurandan sonra avtomobillə ərazidən uzaqlaşan sürücünün paytaxt sakini Ənvər Hüseynov olması müəyyən edilib. O, idarə etdiyi "Chevrolet" markalı avtomobillə birgə saxlanılıb.

 

*****

 

15 noyabr

 

Bakı şəhərinin Nərimanov rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az xəbər verir ki, Ziya Bünyadov prospektində naməlum avtomobil 50-55 yaşlı qadını vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb. Qəzanı törədən sürücü nəqliyyat vasitəsi ilə birgə ərazidən uzaqlaşıb.

 

Hazırda qaçan sürücünün tapılması istiqamətində iş aparılır.

 

Faktla bağlı Nərimanov rayon Polis İdarəsindəı cinayət işi açılıb.

LENT

24 Noyabr 2017
23 Noyabr 2017

Digər xəbərlər >>>