Sizin link burada

ABŞ yeni nüvə strategiyasını nəzərdən keçirdi

ABŞ nüvə təhlükəsizliyinə dair yeni strategiyanı nəzərdən keçirib və nəticələrdən məmnun qalıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə Şurasında kütləvi qırğın silahlarının yayılmaması məsələləri üzrə baş direktor Kristofer Ford bildirib.    

 

“Biz bir müddət əvvəl nüvə təhlükəsizliyinə yanaşmalarımızın qiymətləndirilməsini başa çatdırdıq. Biz hələlik bu strategiyanı açıqlaya bimirik, lakin nəticələrdən məmnunuq”, - deyə o Hudson Institute-də  konfransda çıxışı zamanı bildirib.   

 

Kristofer Ford nüvə təhlükəsizliyinin Amerika administrasiyasının əsas vəzifələrindən biri olduğunu qeyd edib.   

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>