Sizin link burada

Bakıda maşın 15 yaşlı qızı vurdu

Noyabrın 17-də axşam saatlarında Bakının Sabunçu rayonunda yeniyetmə qızı avtomobil vurub. APA xəbər verir ki, yol qəzası Elşən Mehdiyev və Yavər Əliyev küçələrini birləşdirən dairənin yaxınlığında qeydə alınıb.

 

Məlumata görə, 2002-ci il təvəllüdlü Məmmədova Vüsalə İlham qızı həmin ünvanda yolu keçən zaman yanında ailə üzvləri də olub. Ancaq yağışlı hava səbəbindən sürücü yeniyetmə qızı görməyib və onu vurub. V.Məmmədova dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun ayağının sındığı müəyyən olunub.

 

Yol qəzasının təfərrüatlarını Sabunçu polisi araşdırır. Artıq sürücünün ifadəsi də alınıb.

LENT

24 Noyabr 2017
23 Noyabr 2017

Digər xəbərlər >>>