Sizin link burada

Asteroidlərin köməyi ilə xərçəngi məhv etmək olar

Dinozavrların məhvinə səbəb olmuş asteroidin tərkibindəki metal vasitəsilə xərçəng hüceyrələrini izləmək və zərərsizləşdirmək olar.

 

Trend-in məlumatına görə, Böyük Britaniya və Çin mütəxəssisləri bu qənaətə gəliblər.

 

Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, asteroidin tərkibində olan iridium kimyəvi elementi onkoloji xəstəliklərlə mübarizədə effektiv üsuldur. Bu metalın xərçəng hüceyrəsinə daxil olduqdan sonra yaranan atom oksigeni sağlam toxumalara zərər vurmadan bu hüceyrəni məhv edir.

 

Alimlər qeyd edir ki, iridium yer kürəsinə ilk dəfə 66 milyon il əvvəl asteroidlə birgə gəlib. Son illərdə onun tibb sahəsində tətbiqi iləı bağlı araşdırmalar aparılırdı.

 

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>