Sizin link burada

İranda zəlzələ qurbanlarının sayı 530 nəfərə çatdı

İranda baş vermiş zəlzələ nəticəsində ölənlərin 530 nəfərə çatıb.

 

APA-nın  “Mehr News Agency”yə  istinadən verdiyi məlumata görə, yaralıların sayı 7 500-ə yaxındır.

 

Noyabrın 12-də  İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ümumilikdə 1650 yaşayış məntəqəsinə ziyan dəyib, 12 minədək ev tamamilə uçub.   

 

Noyabrın 14-də İranın bütün ərazisində milli matəm günü elan olunub.

LENT

24 Noyabr 2017
23 Noyabr 2017

Digər xəbərlər >>>