Sizin link burada

Sevdiyi qızın xalası oğlunu öldürən gəncə AĞIR CƏZA

 

Sevdiyi qızın xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən İbrahim Sadıqovun cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, İbrahim Sadıqov 18 il azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki,  prokuror çıxışında İbrahim Sadıqovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Qeyd edək ki,  qətl ötən il fevralın 15-də baş verib. İ.Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovun zarafatı olub.

 

Belə ki, İ.Sadıqov sevdiyi Günel Əsgərovadan "yox" cavabı alıb. G.Əsgərovanın ailəsi də bu evliliyə razı olmayıb. G.Əsgərova yaşadığı rayondan Bakıya, xalasıgilə gəlib. İ.Sadıqov G.Əsgərovanın xalasıgilə zəng edərək onunla danışmaq istəyib. Telefona isə qızın xalası oğlu İ.Hüseynov cavab verib. O, İ.Sadıqova xalası qızı ilə danışmağa icazə verməyib. Bu zaman İ.Sadıqov daha əvvəl tanıdığı İ.Hüseynovla zarafat edərək, "Güneli anası ilə birlikdə qaçıracağam" deyib. İ.Sadıqovun bu zarafatı İ.Hüseynovun xoşuna gəlməyib və ona xəbərdarlıq edib. Bu zaman onlar telefonda mübahisə etməyə başlayıb.

 

Daha sonra görüşüb, mübahisəyə son qoymaq qərarına gəliblər. Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki görüşə İ.Sadıqov tək, İ.Hüseynov isə qardaşı ilə gəlib. İ.Sadıqov təkbətək söhbət etmək adı ilə İ.Hüseynovu qardaşının yanından ayırıb. Söhbət əsnasında hər iki şəxs yenə mübahisə ediblər. Bu zaman İ.Sadıqov üzərində gətirdiyi bıçaqla İ.Hüseynova br neçə zərbə endirib. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017

Digər xəbərlər >>>