Sizin link burada

Sevgilisinin anası ilə sevişdi, baltalayıb öldürdü - AĞIR CƏZA

 

Sevdiyi qızın anasını öldürməkdə təqsirləndirilən Samir Hacıəliyevin cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən, S.Hacıəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, prokuror çıxışında S.Hacıəliyevin 10 il 6 ay azadlıqdan məhrum edilməsini istəmişdi.

 

Qeyd edək ki, S.Hacıəliyev 27 mart 2017-ci ildə Xaçmaz rayonunun Şimali kəndində 47 yaşlı Gülnaz Sultanovanı baltalayaraq öldürüb.

 

Araşdırma zamanı məlum olub ki, S.Hacıəliyevin G.Sultanovanın qızı ilə sevgi münasibəti olub. O, 2014-cü ildən G.Sultanovanın evinə gedib-gəlməyə başlayıb.  Bu müddətdə onun G.Sultanova ilə də münasibətləri yaranıb. O, sevdiyi qızın anası ilə cinsi əlaqədə olmağa başlayıb.

 

Hadisə baş verən günü S.Hacıəliyevlə G.Sultanovanın arasında mübahisə yaranıb. Mübahisə zamanı qadın onu söyərək təhqir edib. Onların mübahisəsi sonda qanlı cinayət hadisəsi ilə nəticələnib.

 

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində S.Hacıəliyev həbs edilib.

 

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

 

Məhkəmənin baxış iclasında Samir bildirib ki, sevdiyi Reyhanın anası ilə məcburən münasibətə girib və Gülnarə Sultanova ilə dəfələrlə cinsi münasibətdə olub.

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017

Digər xəbərlər >>>